Azərbaycanın Xalq artisti, dünyaca məşhur tenor Yusif Eyvazov milliyətcə erməni soprano Ruzan Mantaşyanla bir səhədə çıxış etməkdən imtina edib.
Gununsesi.org-un “Qafqazinfo”-ya istinadən məlumatına görə, bu barədə “Forumopera.com” xəbər verib.
“Milliyətcə azərbaycanlı Yusif Eyvazov siyasi səbəblərdən milliyətcə erməni soprano Ruzan Mantaşyanla bir səhnədə çıxış etməkdən imtina etdi”, – mənbə yazıb.
Qeyd edək ki, ifaçılar fevralın 7-də məşhur Drezden opera balının bağlanış mərasimində iştirak etməlidirlər.
COMMENTS