
“Apple” şirkətinin keçirdiyi tədbirdə “iPhone 15 ailəsi və yeni “Apple Watch Series 9″u tanıdıb. Marka bununla birlikdə karbon ayaq izini də sala bilən və geri dönüşdürülən-bərpa edilən məhsillar işlətdiyini açıqlayıb. Beləliklə, “iPhone 15″in özəllikləri və qiyməti ilə tanış olun.
Gununsesi.info xarici mətbuata istinadən dünyasının böyük maraqla gözlədiyi bu texnologiya ilə sizi tanış edir.
60% daha sürətli S9 çipi

“WatchOS 10” alıcıların cihazla başqa bir istifadəçiyə yaxınkən fərdi bilgilərini paylaşmalarına fürsət tanıyan yeni “Ad Ötürmə” özəlliyi təqdim edir.
“Double Tap” (Cüt çıqqıldatma) yeni saatın ən maraqlı özəlliklərindən biri olaraq gözə çarpır. Alıcıların işarə barmağını və başbarmağını bir-birinə kiçik hərəkətləri və qan axınını qavrayan çipə qoşulmuş yeni bir giriş sistemi olan bu çıqqıldatma ilə işlədicilər bir çağırışı cavablamaq və ya bir həyəcan təbilini qapatmaq kimi tədbirləri gerçəkləşdirə biləcəklər.
Bununla yanaşı, yeni ekranların isə 2000 nitə (Nit işıq ölçü vahididir) qədər parlaqlıq təmin edilə bildiyi vurğulanır.
Bunlarla birlikdə, yeni modeldə sağlamlıq özəlliyi ilə yanaşı, alıcıların sağlamlıq yeniliklərini səslə almalarını təmin edə biləcəyi açıqlanıb.
“Apple”nin yenilənmiş neyronal motoru ilə “S8” çipinə nisbətdə, 25%-ə qədər daha sürətli mətn yaza bildiyi bildirilib.
Yeni “Watch Series 9” ulduz işığı, şərid, gecə yarısı, qırmızı və yeni çəhrayı rənglərdə satışa buraxılacaq.
Təmiz enerji və zəif karbon
“Apple”nin qalıcılıq hədəflərinə çatma istəyinə uyğu olaraq, şirkət daha çox bərpa edilən (geri döndüşdürülən) element (kobalt daxil), inkişaf etdirilmiş qablaşdırma və yüksək keyfiyyətli kredit satın alışı səbəbi ilə cihazın “ilk neytral karbon” məhsul olduğu açıqlanıb.
Bununla birlikdə, yeni modelin batareyasında 100% geri dönüşdürülə bilən kobalt işlətdiyi vurğulanır.
“WONDERLUST”UN ULDUZU iPHONE 15
“Apple” şirkətinin 17-ci nəsil telefonu Wonderlust tədbirinin ulduzu olaraq səhnəyə çıxıb.
Bu marka hava yolu bilgiləri də daxil olmaqla, bir sıra yeni xüsusiyyətləri bir arada təqdim edir.
Super Retine XDR ekranı var.
“Optik keyfiyyətli” yaxınlaşdırma özəlliyi var.
Avtomatik portret rejimi
Avtomatik portret rejiminə keçən makina tanıma sistemi var. İstənilən adamın və ya ev heyvanının (görünüşünə görə yalnız pişiklər və köpəklər) çərçivədə olub-olmadığını avtomatik oalraq qavraya biləcək bokeh təsirini artırmaq üçün keçid edəcək.
HDR rejimi isə daha dolğun bir rənk “spektrum”u təqdim etmək üçün görüntüdəki nəsnələri ayırd etmək üçün ön kameradakı dərinlik qavrama işlədilərək inkişaf etdirilib.
Yeni modelin sarı, yaşıl, mavi, qara və çəhrayı rəngləri olacaq.
“Səs təcridi” özəlliyi ilə gurultulu bir mühitdə oranın səs-küyünü yox etmək üçün çöl səsləri qapatma özəlliyi var.
“iPhone 15″in Amerikadakı satış qiyməti 799 dollardır. “iPhone 15 Plus” isə 899 ABŞ dollarına satışa çıxarılıb.
Yeni “iPhone 15″in(128GB) ) başlanğıc qiyməti isə 3160 manatdır.
Tərcümə: Arzu