Türkiyə klubunun rəsmisi koronavirusa yoluxdu

Türkiyə klubunun rəsmisi koronavirusa yoluxdu

Türkiyənin “Fənərbağça” klubunda koronavirusa növbəti yoluxma faktı aşkarlanıb.

Gununsesi.org “A Spor”a istinadən xəbər verir ki, bu dəfə İstanbul təmsilçisinin menecerlərindən birində virusun simptomlarına rast gəlinib.

Adı açıqlanmayan şəxsin karantinə alındığı və müalicəsinə başlanıldığı bildirilib.

Qeyd edək ki, daha əvvəl “Fənərbağça”nın iki əməkdaşı koronavirusa yoluxub.

 

 

Gununsesi.org

COMMENTS