“Bozun 50 çaları” filminin cazibədar aktrisasından qlamur fotosessiya- FOTOLAR

“Bozun 50 çaları” filminin cazibədar aktrisasından qlamur fotosessiya

Ehtiraslı və açıq-saçıq səhnələrin yer aldığı “Bozun 50 çaları” filmində canlandırdığı Anasteyşa obrazı ilə məşhur olan amerikalı aktrisa və model Dakota Conson “Marie Claire” jurnalının iyul buraxılışının siması olub.

Gununsesi.org xəbər verir ki, 30 yaşlı Dakota rəngarəng geyimlərdə kamera önünə keçərək, cazibədar pozlar verib.

Gözəlliyi və ideal bədən quruluşu ilə əks cinsin nümayəndələrinin ağlını başından alan seksual Dakota həyatında baş verən maraqlı hadisələrdən danışaraq, etirafları ilə diqqət çəkib.

Qeyd edək ki, Dakota Conson 36 yaşlı aktyor Сordan Mastersonla sevgili olub. Lakin cütlük 2014-cü ildə ayrılıb. 2014-cü ilin iyulunda aktrisa 37 yaşlı musiqiçi və model Metyu Heatla münasibət qursa da, iki ildən sonra yenidən tənha qalıb.

2017-ci ildə Dakota özündən 12 yaş böyük müğənni – “Coldplay” qrupunun 40 yaşlı üzvü Kris Martinlə görüşməyə başlayıb. Onların münasibəti hələ də davam edir.

 

 

Gununsesi.org

COMMENTS