AVRO-2020-yə alınmış biletləri artıq qaytarmaq olar

AVRO-2020-yə alınmış biletləri artıq qaytarmaq olar

Koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-nin final mərhələsinin oyunlarını izləmək üçün alınmış biletləri qaytarmaq mümkündür. 

Gununsesi.org bildirir ki, UEFA-nın rəsmi saytının yaydığı xəbərə görə, azarkeşlər bu gündən etibarən biletləri geri qaytarıb pullarını geri ala bilərlər. Bunun üçün qurumun saytında müvafiq prosedurları tamamlamaq lazımdır.

Qeyd edək ki, biletlərin 2021-ci ildə keçiriləcək turnir üçün etibarlı olacağı da bildirilmişdi. 

Gununsesi.org

COMMENTS