İsrail Türkiyə əleyhinə olan layihəni rədd etdi

İsrail Türkiyə əleyhinə olan layihəni rədd etdi

İsrail dövləti Türkiyənin maraqlarına zidd olan böyük bir layihədən imtina etdiyini açıqlayıb. 
Söhbət Misir, Fransa, Birləşmiş Ərəb Əmirliyi, Yunanıstan və Yunan Kiprinin birgə layihəsindən gedir. Bu dövlətlər Türkiyənin şərqində Ağdənizdə enerji qaynaqlarının, neft-qaz yataqlarının kəşfiyyatı və neft boru kəmərinin çəkilməsi barədə razılığa gəliblər. 
Gununsesi.org-un Moderator.az-a istinadən  məlumatına görə, İsrail dövləti qəti şəkildə bu birlikdə olmayacağını bəyan edərək müqaviləyə qoşulmaqdan imtina edib.
İsrail dövlətinin rəsmi Twitter səhifəsində belə bir paylaşım edilib:
“Türkiyə ilə münasibətdən qürur duyuruq və iki ölkə arasında əlaqələrin bundan sonra daha da inkişaf edəcəyinə, yeni bir mərhələyə qədəm qoyacağımıza əminik”. İsrail rəsmiləri faktı təsdiq ediblər və Türkiyə əleyhinə olan bir sənədə imza atmayacaqlarını vurğulayıblar.
Gununsesi.org

COMMENTS