
Suriyanın şimal-qərbindəki İdlib vilayətində çadır düşərgələri ərazisində dəm qazından zəhərlənərək 2-si uşaq olmaqla 3 nəfərin öldüyü bildirilib.
Gününsesi.info xəbər verir ki, Mülki Müdafiə (Ağ Dəbilqəlilər) tərəfindən verilən açıqlamada Atma qəsəbəsindəki Mütəvvə-2 düşərgəsində kömür sobasından sızan dəm qazından 2-si uşaq olmaqla 3 nəfərin zəhərlənərək öldüyü bildirilib.
Açıqlamada İran və Rusiyanın bombardmanlarından qaçaraq çadır düşərgələri ərazisində məskunlaşan yüz minlərlə köçkünün zərərli olan neylon, avtomobil şinləri, paltar, çəkmə və başmaqları yandıraraq isinməyə çalışdığı vurğulanıb.
Gününsesi.info