Şahin Bağırov iki yeni rəis təyin etdi

Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırovun əmri ilə qurumun iki Baş İdarəsinə yeni təyinatlar olub.

 

Komitədən  Gununsesi.info -ya verilən məlumata görə, Güloğlan Muradlı komitənin Əməliyyat-İstintaq Baş İdarəsinə rəis təyin olunub.

 

O, bundan əvvəl Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin birinci müavini olub. Ötən ilin may ayında isə vəzifəsindən azad edilərək təqaüdə göndərilmişdi.

 

DGK-nın Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi Orxan Nuriyev isə vəzifəsindən azad edilərək Gömrük İnzibatçılığı Baş İdarəsinin rəisi təyin edilib.

 

 

Gununsesi.info