
Türkiyə ordusunun 2 əsgəri Suriyada həlak olub.
Gununsesi.info bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Məlumata görə, hadisə “Fərat Qalxanı” antiterror əməliyyatı zonasında baş verib. PKK/YPG terror təşkilatının hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 2 hərbçisi yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilsə də, onların həyatını xilas etmək mümkün olmayıb.
Gununsesi.info