
Yaponiyanın keçmiş baş naziri Şinzo Abenin həyatına sui-qəsdə cəhd edilib.
Gununsesi.info xəbər verir ki, həmin anının videosu “Twitter”də yayılıb.
Təqdim olunan kadrlar atışma anını göstərir və hücum edənin özü də kadra düşüb.
Abe Yaponiyanın Nara şəhərində seçki mitinqi çərçivəsində çıxış edib. Mitinqin qızğın vaxtında bir gənc ona arxadan yaxınlaşıb, ov tüfəngini çıxarıb və Abenin kürəyindən iki dəfə atəş açıb.
Siyasətçi yıxılıb, çıxışı dinləyən insanlar dərhal onun köməyinə qaçıblar.
Abe sui-qəsd cəhdindən sonra xərəkdə aparılıb. Bildirilib ki, onun səhhətinin vəziyyəti ən ciddi narahatlığa səbəb olur . Siyasətçi, görünür, kliniki ölüm keçirib.
Hazırda təcili olaraq xəstəxanaya çatdırılan eks-baş nazirdə həyat əlaməti yoxdur.
Hücum edən şəxs saxlanılıb. Onun 41 yaşlı Tetsuya Yamaqami olduğu ortaya çıxıb. Hadisəni motivləri hələlik məlum deyil.
Yaponiyada ölkənin keçmiş baş nazirinə hücumdan sonra böhran qərargahı yaradılıb.
Gununsesi.info