
Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 3000 kv.m (hər mərtəbəsi 1500 kv.m) olan ikimərtəbəli mebel sexinin 2-ci mərtəbəsində taxta yonqarı və tullantıları 40 kv.m sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, sexin qalan hissəsi və 6 ədəd dəzgah yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Gununsesi.info