
Sumqayıtda iyulun 26-da ağır yol- nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info-nun xəbərinə görə, hadisə Bakı-Quba avtomagistral yolunun Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Yolu keçmək istəyən piyada 1994-ci il təvəllüdlü Rəşad İlqar oğlu Süleymanovu “Ford” markalı yük avtomobili vurub. Piyada aldığı xəsarətlərdən keçinib.
Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info