Türkiyə cinayətkar dəstələrin lüks maşınlarını polis avtomobillərinə çevirir⁣ – VİDEO

İstanbul polisi tərəfindən cinayət təşkilatlarından müsadirə edilən 23 lüks avtomobil yol polisi avtomobilinə çevrilib.⁣

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

Avtomobillərin məhkəmə qərarı ilə İstanbul polisinə verildiyi bildirilib.⁣

Aralarında Bentley, Porsche və Volvo avtomobillərinin də olduğu müsadirə edilən avtomobillər ağ və mavi rənglərə boyanaraq üzərində “yol polisi” yazılıb.

Gununsesi.info