Türkiyə bu ölkədə kosmik baza yaradır

  • By Günel
  • 21 Noyabr 2024 23:44

Türkiyə Somalidə kosmik baza yaratmağı və oradan kosmosa raketlər buraxmağı planlaşdırır.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə mediası yazıb.

İlkin hesablamalara görə, layihənin investisiya dəyəri 6 milyard dollara yaxındır. Birləşmiş Ərəb Əmirliklərinin bu layihəyə investisiya tərəfdaşı kimi daxil olacağı güman edilir.

Gununsesi.info