Rəşad Nəbiyev pakistanlı nazirlə əməkdaşlıq məsələlərini müzakirə edib

  • By Günel
  • 21 Noyabr 2024 19:09

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Pakistanın özəlləşdirmə, investisiya şurası və kommunikasiya üzrə federal naziri Abdul Alim Xanla görüşüb. 

Gununsesi.info xəbər verir ki, görüşdə iki ölkə arasında nəqliyyat, xüsusilə aviasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Eyni zamanda Azərbaycan və Pakistanın aviasiya operatorlarının birgə fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.

Gununsesi.info