
Avropa İttifaqı (Aİ) ölkələrində velosiped istehsalı keçən il 24 faiz azalaraq 9,7 milyon ədəd olub.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Aİ ölkələrində velosiped istehsalı ötən il əvvəlki ilə nisbətən 24 faiz azalıb.
Vurğulayaq ki, 2022-ci ildə 12,7 milyon olan AB velosiped istehsalı 2023-cü ildə 9,7 milyona qədər azalıb.
AB ölkələri arasında ən çox velosiped istehsalı Portuqaliyada edilib.
Ötən il Portuqaliyada 1,8 milyon, Rumıniyada 1,5 milyon, İtaliyada 1,2 milyon, Polşada 800 min ədəd velosiped istehsal edilib.
Orxan Saffari