
Canlı brifinq zamanı aldığım zəng şərhlərdən birinin mövzusunu ekspertlərlə aydınlaşdırmaqla bağlı idi.
Gununsesi.infoxəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova brifinqdə ona gələn qəribə zənglə bağlı TASS-a açıqlammasında deyib.
“Brifinqdən əvvəl internetdəki ziddiyyətli materiallarla bağlı suallar oldu. Mütəxəssislərdən bunun mövzumuz olub-olmadığını soruşdum. Cavab brifinq zamanı gəldi ki, Xarici İşlər Nazirliyi bu məsələni şərh etmir. Yəni ortada heç bir intriqa yoxdur”, – Zaxarova bildirib.
Qeyd edək ki, bu gün canlı brifinq zamanı Rusiya XİN-in sözçüsü Mariya Zaxarovaya qəribə zəng gəlib. Ona bildirilib ki, Rusiyanın Ukraynaya qarşı qitələrarası ballistik raketdən istifadə etməsi ilə bağlı məlumatı şərh etməsin.