“Türk Eskobar”ın dəstəsinə ağır zərbə: 20 milyardlıq əmlakına həbs qoyuldu

“Türk Eskobar” kimi tanınan Ürfi Çetinkayanın rəhbərlik etdiyi cinayət şəbəkəsinə qarşı keçirilən əməliyyat zamanı ələ keçirilən əşyalar İstanbul polis idarəsində sərgilənib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, ələ keçirilən əşyalar arasında çoxlu silah və qızıl dəstlərin olduğu görülüb. Digər tərəfdən, şübhəlilərə məxsus 147 torpaq sahəsi, 56 yaşayış yeri, 74 iş yeri, 53 nəqliyyat vasitəsi, 64 bank hesabı və çoxlu zinət əşyaları və nağd pul daxil olmaqla təxminən 20 milyard TL dəyərində aktivlərə qarşı tədbir görüldüyü açıqlanıb.

İstanbul Polisi Narkotik Cinayətlərə Mübarizə Şöbə Müdirliyi qrupları həbsxanada Ürfi Çetinkayanın rəhbərlik etdiyi cinayət təşkilatına qarşı əməliyyat keçirib. Cinayət şəbəkəsi aralarında Ürfi Çetinkaya və İstanbul Mədən İxracatçıları Birliyinin sədri vəzifəsini icra edən oğlu Rüstem Çetinkaya, onların təqribən 13 tonu Almaniya, Bolqarıstan, İspaniya, Mavritaniya, Portuqaliya və Yunanıstanda, 24 tonu isə Türkiyədə ələ keçirilmiş olmaqla ümumilikdə 37 ton narkotikdən məsul olduqları müəyyən edilib.

Şübhəlilər ətrafdakı şəxslərlə birlikdə öz gəmiləri, bəzi ticarət konteynerləri və balıqçı qayıqları ilə beynəlxalq narkotik daşımaları həyata keçirib, əldə etdikləri gəlirləri qeydiyyatsız, gizli nəqliyyat vasitələri və kuryerlərlə Türkiyəyə gətiriblər. Onların qurduqları və idarə etdikləri valyutadəyişmə məntəqələri və şirkətlər vasitəsilə çirkli pulları özlərinə yaxın şəxslər, o cümlədən həyat yoldaşları, övladları və yaxın qohumları vasitəsilə yuduğu müəyyən edilib.

Ünvanlardan ələ keçirilən qızıl, silah və pullar polis idarəsində sərgilənib. Sərgidə nümayiş etdirilən əşyalar arasında naxışlı bıçaqlar, qızıl dəstlər və silahlar diqqəti cəlb edib.

 

Gununsesi.info