Siyəzəndə məktəbdə kişi meyiti tapıldı

Siyəzən rayonunda 59 yaşlı kişinin meyiti tapılıb.

“Report”un Şimal bürosunun məlumatına görə, hadisə Siyəzən Peşə Məktəbində baş verib.

Belə ki, Siyəzən Peşə Məktəbində mühafizəçi işləyən 1965-ci il təvəllüdlü Alim Mütəllim oğlu Qafarovun meyiti iş yerində aşkarlanıb.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

 

 

Gununsesi.info