Rusiyada istirahət etmək istəyən turistlər pul təzminatı alacaqlar.
Gununsesiaz.info bildirir ki, “İzvestiya”nın məlumatına görə, bunu RF-in Baş naziri Mixail Mişustin deyib.
Onun sözlərinə görə, təzminat turdan asılı olaraq 5000-15000 rubl (120-360 AZN) arası dəyişəcək. Bunun üçün hökumət 15 milyard rubl (360 milyon AZN-ə yaxın) ayırıb.
“Bu pullar cari ilin sonuna qədər Rusiya regionlarında istirahət etmək qərarı verən insanların xərclərinin qismən təzminatı üçün ayrılıb”, – deyə, hökumət başçısı bildirib.
Gununsesiaz.info
COMMENTS