Şanxay aeroportunda təyyarə alovlara büründü- VİDEO

Şanxay aeroportunda təyyarə alovlara büründü

Şanxay hava limanında “Efiopiya Hava Yolları”na məxsus yük təyyarəsi yanıb.

Gununsesi.org xəbər verir ki, “RİA Novosti” bununla bağlı kadrları yayımlayıb.

Videoda təyyarənin quyruq hissəsinin yandığı görünür.

Hadisə yerinə 18 yanğınsöndürən maşın cəlb olunub.

İlkin məlumatlara görə, zərərçəkən yoxdur. Qəzanın səbəbləri araşdırılır.

 

 

Gununsesi.org

COMMENTS