İranın cənubunda yük gəmisində baş verən yanğın söndürülüb.
Gununsesi.org “RİA Novosti” istinadən xəbər verir ki, bunu ölkənin Buşehr əyaləti Limanlar və gəmi nəqliyyatı idarəsinin nümayəndəsi Höccət Xosravi bildirib.
Onun sözlərinə görə, gəmidəki yanğın Məhəmməd Əmiri limanında söndürülüb.
H.Xosravi yanğının 4 saata söndürüldüyünü və hadisə nəticəsində xəsarət alanların olmadığını bildirib.
Hadisənin səbəbi və dəyən ziyan araşdırılır.
Gununsesi.org
COMMENTS