Turist avtobusunda dəhşətli qəza: 25 nəfər ölüb, 5 nəfər yaralanıb

Braziliyada turist avtobusu ilə yük maşınının toqquşması nəticəsində 25 nəfər ölüb, 5 nəfər yaralanıb.

Gununsesi.info xəbər verir ki, ölkənin Bahia ştatının Quarajuba şəhərindən yola düşən turist avtobusu BR 324 şosesində əks istiqamətdən gələn yük maşını ilə toqquşub.

Bahia Qubernatorluğundan verilən açıqlamada qəzada ölənlərin əksəriyyətinin turist olduğu və hadisə ilə bağlı böyük kədər hiss etdikləri bildirilib. Qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.

Gununsesi.info