
Respublika Perinatal Mərkəzində baş vermiş yanğında 3 nəfər tüstüdən zəhərlənib.
Gununsesi.info xəbər verir ki, bununla bağlı Baş Prokurorluq, Fövqəladə Hallar Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) birgə məlumat yayıb.
Bildirilib ki, zəhərlənənlər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Onlara zəruri tibbi xidmətlər göstərilib, vəziyyətləri stabildir, ambulator müalicə üçün evə buraxılmaları nəzərdə tutulub.
Gununsesi.info