Tsarukyan: Ermənistanda hakimiyyətsizlikdir, quldur dəstələri formalaşmağa başlayıb, pərakəndəlik hökm sürür

  • By arzu
  • 11 Dekabr 2020 16:08

“Ermənistanda ayrı-ayrı silahlı quldur dəstələri bəzi kənd və şəhərlərdə müxtəlif cinayətlər törədir, soyğunçuluqlar edirlər”.

Gununsesi.org xəbər verir ki, bunu müxalif “Çiçəklənən Ermənistan” partiyasının lideri Gagik Tsarukyan söyləyib. O, erməni kanallarına verdiyi müsahibədə bir sıra məqamlara diqqət çəkib.

“Əslində geçrəklik nədir? Heç kəsə sirr deyil ki, hazırda Ermənistanda hakimiyyətsizlik, pərakəndəlik hökm sürməkdədir. Hakimiyyətsizlik o qədər geniş miqyas almağa başlayıb ki, Ermənistanda ayrı-ayrı silahlı quldur dəstələri formalaşmağa başlayıb. Hətta bəzi kənd və şəhərlərdə müxtəlif cinayətlər törədir, soyğunçuluqlar edirlər.

Hakimiyyətsizliyin başqa bir göstəricisi kimi erməni mətbuatında qeyd olunur ki, hətta ayrı-ayrı erməni icma rəhbərlərini yaşadıqları kəndlərinin sərhədləri haqda Azərbaycan hərbçiləri ilə özləri danışıqlar aparırlar.

Görünən odur ki, ağır məğlubiyyətin təsirlərindən başını itirmiş Ermənistan hələ uzun müddət ayağa qalxmaq imkanında deyil”, deyə partiya lideri bildirib. . 

Gununsesi.org