
İngilis kral ailəsinin üzvü, kraliça II Yelizavetanın nəvəsi Zara Tindall və həyat yoldaşı Mark Tindall üçüncü dəfə valideyn olacaq.
Gununsesi.info xəbər verir ki, onlar övladlarına COVID-19 pandemiyasının adından ilhamlanaraq Covey və ya Covina adını qoymaq niyyətindədir.
Qeyd edək ki, cütlüyün iki qızı var: Mia və Lena.
39 yaşlı Zara Anna Yelizaveta Tindall şahzadə Anna və ilk əri kapitan Mark Filipsin ikinci övladı və yeganə qızıdır. O, taxtın varisliyi sırasında on səkkizincidir.