Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanın Vətən müharibəsində qazandığı qələbə münasibətilə bu gün Bakıda keçiriləcək Qələbə paradı ilə bağlı paylaşım edib.
Gununsesi.info xəbər verir ki, paradla bağlı hazırlanan videoçarx qurumun tvitter səhifəsində yer alıb.
“Bir Vətən Hərəkatı”nı uğurla icra edən və Qarabağda böyük Zəfər əldə edən Azərbaycan türkü qardaşlarımızı təbrik edir, Bakıdakı paradda iştirak edəcək qəhrəman ordularımızın hərbçilərini qürurla salamlayırıq. 2783 şəhidimizə Allahdan rəhmət diləyirik”, – paylaşımda qeyd olunub.