
Stormi Daniels Donald Trampın ittiham olunmasından sonra verdiyi ilk müsahibəsində keçmiş prezidentin məsuliyyətə cəlb olunmasını istəsə də, onun həbsxanaya getməsinə inanmadığını söyləyib.
Gununsesi.info-nun xəbərinə görə, porno ulduz bu barədə “The Guardian”a danışıb.
“Daniels Trump-ın ittihamı ilə bağlı danışır” başlıqlı materialda kino ulduzu deyir ki, keçmiş prezident məsuliyyətə cəlb edilməlidir:
“Düşünmürəm ki, onun mənə qarşı törətdiyi cinayətlər həbs olunmağa layiq deyil.
Trump-ın məhkəmədə görünməsinin necə hiss edildiyini soruşduqda, Daniels “şok olduğunu” söyləyib: “Mən hesab etdim ki, o, cavabdehlikdən qurtulacaq” .
Daniels, müsahibəsində təhdidlər aldığını söyləyib: “İndi aldığım hər 10 mesajdan biri ölüm təhdididir və bu tonun getdikcə daha şiddətli hala gəldiyini görürəm”.
Tərcümə:
Afət