Türkmənistan prezidentinə ağır itki

Türkmənistan rəsmiləri türkmən xalqının milli lideri, Xalq Şurasının sədri və eks-prezident Qurbanqulu Berdiməhəmmədovun anası Oqulabat Berdiməhəmmədovanın vəfat etdiyini təsdiqləyib.

Gununsesi.info xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb.

HTML tutorial

Bildirilib ki, Oqulabat Berdiməhəmmədova 86 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Oqulabat Berdiməhəmmədova hazırkı dövlət başçısı Sərdar Berdiməhəmmədovun da nənəsidir.

 

Şəbnəm

Gununsesi.info