Ermənistanda koronavirusa yoluxanların sayı 3 175 nəfərə çatıb.
Gununsesi.org bildirir ki, son sutka ərzində 146 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 1 nəfərin ölümü qeydə alınıb.
Bu günədək Ermənistanda 44 nəfər koronavirusun qurbanı olub, 1 852 nəfərin müalicəsi isə davam edir.
Qeyd edək ki, ölkədə mayın 14-dək fövqəladə vəziyyət elan olunub.
COMMENTS