ABŞ dünyada yeni təşəbbüs başladıb - "Ədalətli səbəb olmadan" həbs edilən siyasi məhbusların azadlığına çalışılacaq

  • By admin
  • 13 Yanvar 2023 16:57

“Dövlət Departamenti bildirib ki, Birləşmiş Ştatlar bütün dünyada üzrlü səbəb olmadan saxlanılan siyasi məhbusların azad edilməsinə kömək etmək üçün “mümkün olan hər şeyi” edəcək”.

Gununsesi.info xəbər verir ki, bu barədə Turan-ın Vaşinqton müxbiri məlumat verib.

HTML tutorial

Gündəlik mətbuat konfransında DD-nin sözçüsü Ned Prayz bildirib ki, ABŞ  həmin şəxslərin azadlığa buraxılmasını istəyir: “Biz dünyada bütün siyasi məhbusların üzrlü səbəb olmadan saxlanılmadığına əmin olmaq üçün  bu səyləri davam etdirəcəyik”.

Qeyd edək ki, çərşənbə günü ABŞ “Ədalətli səbəb olmadan” təşəbbüsünün başladığını elan edib.  Məqsəd dünyada haqsız yerə həbs edilmiş siyasi məhbuslar barədə beynəlxalq birliyin məlumatlandırılmasını artırmaq və onların azad edilməsinə çağırmaqdır.

“Bu, siyasi məhbusların, üzrlü səbəb olmadan həbs edilənlərin, öz əqidəsinə, hüquq-müdafiə fəaliyyətinə,  hökumətə və ya rejimə təhlükə törətdiklərinə görə saxlanılanların işlərində  üzləşdiyimiz problemi işıqlandırmaq, diqqəti cəlb etmək cəhdidir. Təkcə bu kampaniya çərçivəsində adları çəkilən adamlar siyasi məhbuslar deyil, onların sayı minlərlədir”, – Prays deyib.

Azərbaycanlı jurnalist və hüquqşünas, hüquq müdafiəçisi Elçin Məmməd ABŞ Dövlət Departamenti tərəfindən qeyd olunan 16 nəfərdən biridir. O 2020-ci ilin martında ölkədə insan hüquqlarının vəziyyətini tənqid edən hesabatın dərcindən qısa müddət sonra həbs olunub və 4 il müddətinə azadlıqdan məhrum edilib.

“Ədliyyə sistemindən ədalətə nail olmaq üçün istifadə edilməlidir, insan hüquqlarını müdafiə edənləri cəzalandırmaq üçün yox.  Elçin Məmməd və digər siyasi məhbuslar dərhal və qeyd-şərtsiz azad edilməlidir”.

 

Gununsesi.info