Tramp: -“Mən ABŞ tarixinin ən günahsız insanıyam”

ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, onun tərəfində maliyyə pozuntularına dair heç bir dəlil yoxdur. Texasda keçirilən mitinqdə o, milyonlarla sənədin yoxlanılmasının nəticələrinə istinad edərək özünü “ölkə tarixində bəlkə də ən günahsız insan” adlandırıb. Bu barədə Gununsesi.info Euronews-yə istinadən xəbər verir.

“Siz haqlı çıxacaqsınız və qürurla baxacaqsınız və ədliyyə sistemimizi korlayan quldurlar və cinayətkarlar məğlub olacaq, nüfuzdan düşəcək və tamamilə rüsvay olacaqlar”- Donald Tramp bildirib.

HTML tutorial

Tramp seçki kampaniyası öncəsi porno aktrisa Stormi Danielsə ödənişlər barədə məlumatı gizlətmək üçün saxta maliyyə sənədləri hazırlamaqda şübhəli bilinir.

 

Tərcümə:

Adil ELXANOĞLU

Gununsesi.info