Putin Belarus ərazisinə taktiki nüvə silahı yerləşdirməyi vəd edib

Rusiya prezidenti Vladimir Putin Belarus ərazisinə taktiki nüvə silahı yerləşdirmək niyyətində olduğunu açıqlayıb. Onun sözlərinə görə, Aleksandr Lukaşenko çoxdan buna can atırdı və nəhayət, belə bir razılaşma əldə olunub. Rusiya lideri bildirib ki, Moskva artıq Minskə nüvə raketləri buraxa bilən “İsgəndər” komplekslərini bağışlayıb, həmçinin on hərbi təyyarənin taktiki silahlardan istifadəyə çevrilməsinə kömək edib.

Bu barədə Gununsesi.info Euronews-yə istinadən xəbər verir. Putin bu açıqlamanı Böyük Britaniyanın Ukrayna silahlı qüvvələrinə tükənmiş uranla zirehli deşici mərmilər tədarük etmək vədləri ilə əlaqələndirib. Moskva bunu çirkli bomba təhlükəsi və nüvə qarşıdurmasına doğru bir addım kimi qiymətləndirdi. London israr edir ki, uran nüvələri olan mərmilərin nüvə silahı ilə heç bir əlaqəsi yoxdur.

HTML tutorial

Həftənin əvvəlində Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin nüvə silahının digər ölkələrin ərazilərində yerləşdirilməsinin yolverilməz olduğunu bəyan edərək, silahlanma yarışından çəkinməyə çağırıblar.

 

Tərcümə:

Adil ELXANOĞLU

Gununsesi.info