Rusiya mülki əhaliyə qarşı raket atıb

Bu gün səhər saatlarında Rusiya qüvvələrinin Ukraynanın Slovyansk şəhərinə endirdiyi raket hücumları nəticəsində 1 nəfərin öldüyü, 25 nəfərin yaralandığı bildirilib.

Gununsesi.info Ukrayna mediasına əsasən xəbər verir ki, bu barədə Donetsk vilayətinin Hərbi Administrasiyasının rəhbəri Pavel Kirilenko sosial media hesabından verdiyi açıqlamada bəyan edib.

HTML tutorial

“Hücumlar nəticəsində azı bir nəfər həlak olub, 25 nəfər yaralanıb, inzibati və inzibati binalar, 5 mənzil və 7 fərdi yaşayış evi dağıdılıb”. Kirilenko ifadəsindən istifadə edərək Slovyanskda dağılmış binaların dağıntıları altında axtarış-xilasetmə işlərinin davam etdiyi barədə məlumat paylaşıb.

Eyni saatda Rusiya ordusunun Drujkovka şəhərinə də raket hücumları həyata keçirdiyini qeyd edən Kirilenko, iki raketlə vurulan evsizlərin evinin tamamilə dağıdıldığını bildirib.

Kirilenko rusların  gün ərzində Kurahove, Soledar, Zvanivka və digər yaşayış məntəqələrini də bombaladığını qeyd edib.

Ukrayna prezidenti Vladimir Zelenski də sosial media hesabında Slovyansk hücumları ilə bağlı açıqlama verib.

“Rus terroru ilə başlayan başqa bir gün. İşğalçı dövlət bizim Slovyanskimizi bombaladı” – deyərək Zelenski hücumlarda ölən və yaralananların da olduğunu bildirib.

“Düşmən bilməlidir ki, Ukrayna xalqımızın zorakılığını, bu ölüm və xəsarətləri bağışlamayacaq. Bütün rus terrorçuları məğlub olacaq. Bu təcavüzdə əli olan hər kəs cavab verəcək”. – deyə Zelenski fikrini bildirib.

 

Tərcümə:

Şəbnəm

Gununsesi.info