7 deputat İsrailə gedir

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anatoliy Rafailov, qrupun üzvləri Arzu Nağıyev, Ağalar Vəliyev, Fatma Yıldırım, Elnur Allahverdiyev, Asim Mollazadə və Rasim Musabəyov martın 28-də İsrailin Tel-Əviv şəhərinə səfər edəcəklər.

Bu barədə Gununsesi.info-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

HTML tutorial

Bildirilib ki, səfər çərçivəsində Milli Məclisin deputatları İsrail Dövlətində Azərbaycan Respublikasının səfirliyinin açılması mərasimində iştirak edəcəklər.

Səfər martın 30-da başa çatacaq.

 

Gununsesi.info