Ərəstun Oruclu: “ABŞ-a mühacirətə getməmişdim”

  • By admin
  • 27 Mart 2023 12:25

Uzun müddətdir ki, ABŞ-da yaşayan təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu bu günlərdə Azərbaycana qayıdıb.

Qeyd edək ki, onun ölkəyə qayıdışı ilə bağlı sosial şəbəkələrdə müxtəlif fikirlər yazılıb.

HTML tutorial

Belə ki, Ərəstun Oruclunun mühacirətdə olduğunu vurğulayan bəzi şəxslər onun hakimiyyətlə danışıqlardan sonra ölkəyə qayıtdığını iddia edib.

Gununsesi.info-ya açıqlamasında isə Ərəstun Oruclu  bu iddiaları təkzib edib.

Azərbaycandan birdəfəlik getmədiyini vurğulayan  Oruclu bildirib ki, ABŞ-a işləməyə gedib: “Mən bir neçə ildir ki, müxtəlif proqramlar çərçivəsində ABŞ-da çalışmışam. Dəfələrlə  ölkəyə gəlib-qayıtmışam. Pandemiya dövründə ölkəyə gələ bilmədim. Mən heç zaman heç bir yerdə deməmişəm ki, mühacirətdəyəm. Pandemiyadan sonra 2 dəfə Azərbaycana gəlmişəm”.

 

Afət Abbasova

Gununsesi.info