Sözsüz ki, Ermənistandakı seçkilər Azərbaycan üçün də maraqlıdır. Çünki orada hansı qüvvənin hakimiyyətə gəlməsi gələcək sülh prosesinə birbaşa təsir edəcək. Amma bir məqamı unutmayaq ki, Azərbaycan artıq regionda yeni reallıq yaradıb və bu reallığı hər kəs qəbul etməlidir. Bizim üçün əsas məsələ Ermənistanın daxili işlərinə qarışmaq deyil, bizim milli maraqlarımızın təmin olunmasıdır.
Gununsesi.info xəbər verir ki, bu fikirləri politoloq Tofiq Zülfüqarov Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda keçirilən dəyirmi masada səsləndirdi.
Rusiyanın mövqeyinə gəldikdə isə, bəli, onların regionda öz maraqları var və bu maraqları qorumağa çalışırlar. Lakin Azərbaycanın apardığı balanslı siyasət və güclü dövlət iradəsi imkan verir ki, biz bütün xarici təzyiqlərdən asılı olmayaraq öz yolumuzla davam edək. Sülh strategiyamız həm regionun, həm də beynəlxalq birliyin maraqlarına xidmət edir.












