Yanğın ərazisinə helikopter cəlb edildi

Yanğının söndürülməsi istiqamətdə tədbirlər davam etdirilir.

Gununsesi.info -nun məlumatına görə, Qaradağ rayonunda yerləşən anbarların birində baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-in aviadəstəsinin helikopteri cəlb olunub.

Hadisənin naqillərdə baş verən qısaqapanma səbəbindən baş verdiyi bildirilir.

Yanğının digər anbarlara keçməsinin qarşısı alınır.

Gununsesi.info