Tətil haqqında: Faydası və zərəri - PSİXOLOQ YAZIR

Tətilin psixoloji və neyrobioloji faydaları

Kortizol səviyyəsi azalır.
Simpatik aktivlik zəifləyir.
Parasempatik sistem aktivləşir.

Bu isə:
emosional gərginliyin azalmasına, daxili rahatlığın artmasına səbəb olur.

Tətil: rol balansının bərpası

İnsan yalnız “işləyən şəxs” deyil, eyni zamanda:
• Valideyn
• Həyat yoldaşı
• Dost
• Özünü inkişaf etdirən fərddir

Tətilin idrak funksiyalarına təsiri

Prefrontal korteksin “bərpa”sına imkan yaradır
Yaddaş konsolidasiyasını yaxşılaşdırır
Zehni çevikliyi artırır

Rutinlərdən çıxmaq beynin assosiativ şəbəkələrini aktivləşdirir.

Nəticədə insan:
Problemlərə daha fərqli bucaqdan baxa bilir.

Tətilin mümkün zərərləri (emosional tərəf)

İşin azalması ilə:
• Beynin “səs-küyü” azalır
• Bastırılmış emosiyalar aktivləşir

Nəticədə:
• Keçmiş travmalar
• Həll olunmamış münasibət problemləri
• Varoluşsal suallar

daha qabarıq hiss edilə bilər.

Tətilin mümkün zərərləri (davranış və həyat tərzi)

Yuxu və bioloji ritmin pozulması
Həddindən artıq gözlənti və məyusluq
Alkoqol və maddə istifadəsinin artması
Qeyri-sağlam qidalanma

Tətil vaxtı dincəlməyə mane olan əsas faktorlar
• Çox ekran istifadəsi
• Gec yatma
• İş məsuliyyəti ilə məşğul olmaq
• Həddən artıq planlı olmaq
• Həddən artıq hərəkətsizlik

Fuad Bəşirov
Uzman-doktor

Gununsesi.info