Tramp-Netanyahu görüşünün vaxtı açıqlandı

  • By Ayshan
  • 29 Dekabr 2025 09:13

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşə Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Gununsesi.info  xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Bəyanatda deyilir: “Prezident Baş nazir Netanyahu ilə ikitərəfli görüşdə iştirak edəcək”.

Qeyd olunub ki, tədbir Palm Biçdə keçiriləcək və onun başlaması saat 13:00-da (Bakı vaxtı ilə 22:00) planlaşdırılıb.

Dekabrın 7-də Netanyahu Trampın Qəzza münaqişəsinin həlli ilə bağlı sülh planının birinci mərhələsinin artıq praktik olaraq həyata keçirildiyini açıqlayıb. Yəhudi hökuməti başçısının sözlərinə görə, sonuncu girovun geri qaytarılmasından sonra HƏMAS-ın tərksilah edilməsini və anklavın silahsızlaşdırılmasını əhatə edəcək ikinci mərhələ başlayacaq.

Oktyabrın 13-də Tramp Qəzza zolağındakı münaqişənin bitdiyini elan edib. Lakin o, daha sonra Fələstinin radikal HƏMAS hərəkatını tərksilah edilməkdən imtina edərsə, İsrail Müdafiə Qüvvələrinin bölgədəki əməliyyatları bərpa edəcəyi ilə hədələyib.

 

Gununsesi.info