Cəmi 1 ay işlədi - PREZİDENT NƏSİMİNİN İCRA BAŞÇISINI İŞİNDƏN KƏNARLAŞDIRDI

  • By admin
  • 29 Dekabr 2025 17:50

Elxan Oqtay oğlu İbrahimov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Gununsesi.info bildirir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, Elxan İbrahimov bu ilin noyabrın 12-si Prezidentin sərəncamı ilə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi.

E.İbrahimov Nəsimi rayonundan əvvəl Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı idi.

 

Gununsesi.info