Günəşdə güclü partlayışlar olub

  • By Ayshan
  • 29 Dekabr 2025 11:25

Günəşdə sondan əvvəlki M sinfinə məxsus olan partlayışlar olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu məlumat yayıb.

Məlumata görə, dekabrın 29-na keçən gecə Günəşdə M sinfinə məxsus üç partlayış qeydə alınıb. Bundan əlavə, Günəşdə daha üç C sinfinə aid alışmalar da baş verib.

Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yerin orbitində bir kv.m-ə 10 nVt şüalanma gücünə uyğundur. Növbəti mərhələyə keçərkən güc 10 dəfə artır. Partlayışlar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, onların buludları Yerə çataraq maqnit qasırğaları yarada bilər.

Gununsesi.info