Terror planlaşdıran şəxs saxlanıldı

  • By Mina
  • 01 Aprel 2024 17:12

Qazaxıstanın Aktau şəhərində terror aktı hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

 

Gununsesi.info xəbər verir ki, əməliyyatı ölkənin Milli Təhlükəsizlik Komitəsi keçirib.

 

Bildirilir ki, ondan partlayıcı üçün nəzərdə tutulan müxtəlif komponentlər və qadağan olunan digər əşyalar götürülüb.

 

Saxlanılan şəxsin əvvəllər məhkum edildiyi və radikal islamçı baxışlara malik olduğu açıqlanıb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi qaldırılıb.

Gununsesi.info