
Estoniyada hakim İslahat Partiyası hökumətin əvvəllər digər deputatların oxşar ideyasını dəstəkləməməsinə baxmayaraq, Rusiya vətəndaşlarını ölkədəki bələdiyyə seçkilərində səsvermə hüququndan məhrum etmək istəyir.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu həftə parlamentə Estoniya konstitusiyasını dəyişmədən başqa ölkələrin vətəndaşlarını yerli seçkilərdə səs vermək imkanından məhrum etməyə imkan verən qanun layihəsi təqdim ediləcək.
Bildirilir ki, layihə əsasən ruslara qarşı yönəlib. Partiya rəhbəri Riina Solman vurğulayıb ki, İslahat Partiyası üçün “Rusiyanın təsir dairəsini paytaxtın idarəçiliyindən silmək” vacibdir.
İslahat Partiyasının lideri Estoniyanın hazırkı baş naziri Kaja Kallasdır.
Qeyd edək ki, martın əvvəlində Estoniya hökuməti rusların və belarusların yerli seçkilərdə iştirak hüququndan məhrum edilməsi ideyasını dəstəkləməmişdi.
Oxşar qanun layihəsinin təşəbbüskarı parlamentdəki İsamaa fraksiyası idi. Sənədə əsasən, bələdiyyə seçkilərində yalnız Tallinnin ikitərəfli müqavilələr bağladığı və uzunmüddətli və ya daimi yaşamaq icazəsi olan üçüncü ölkə vətəndaşları səsvermə hüququna malik olacaq.
Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi tərəfindən dəstəklənməyən bu təşəbbüsün məqsədə uyğun olmadığı bildirilib.
Gununsesi.info