
Aprelin 1-də Ermənistana ABŞ-dan bir qrup təlimatçı gəlib.
Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Onlar Ermənistan və ABŞ arasında müdafiə sahəsində əməkdaşlıq çərçivəsində ölkəyə səfər ediblər.
Məlumata görə, təlimatçılar aprelin 1-dən 5-dək Ermənistanda olacaqlar. Onlar ictimaiyyətlə əlaqələr və kommunikasiyalar sahəsində təcrübə mübadiləsi aparmaq üçün təlimlər keçirəcəklər.
Gununsesi.info