Tehranda əhalinin 20 faizi koronavirusa yoluxub

Tehranda əhalinin 20 faizi koronavirusa yoluxub

İranın paytaxtı Tehranda əhalinin 20 faizi koronavirusa yoluxub. 

Gununsesi.org-un APA-ya istinadla məlumatına görə, bu barədə Tehran şəhərinin Koronavirusla Mübarizə Qərargahının rəhbəri Əlirza Zali deyib.

O bildirib ki, səfərlər virusa yoluxma sayını artırır: “Əyalətlərə səfər edənlərin əksəriyyəti Tehran sakinidir, bu da virusun əyalətlərdə daha çox yayılmasına səbəb olur”.

Qeyd edək ki, Tehran əhalisinin sayı 18 milyon nəfərdən çoxdur.

 

 

Gununsesi.org

COMMENTS