ABŞ-ın keçmiş prezidenti Corc Buş afroamerikalı Corc Floydun polis zorakılığı nəticəsində öldürülməsi barədə açıqlama verib.
Gununsesi.org xəbər verir ki, bununla bağlı “HaberGlobal” məlumat yayıb.
“Laura (həyat yoldaşı – red.) və mən Corc Floydun amansızlıqla boğulmasına görə əzab çəkirik. Ölkəmizi boğan ədalətsizlik və qorxudan narahatıq. İndi dərs vermək deyil, dinləmək zamanıdır”, – deyə C.Buş bildirib.
Keçmiş prezident ölkədəki faciəvi uğursuzluqların mühakimə edilməsinin vaxtının çatdığını vurğulayıb.
Gununsesi.org
COMMENTS