Pakistanın Karaçi kəndində 17 yaşlı bir gənc sosial mediada paylaşmaq üçün video çəkərkən həyatından olub.
Gununsesi.org xəbər verir ki, Pakistanda baş verən hadisə zamanı gəncin atasına məxsus silahla “Tik Tok” sosial şəbəkəsi üçün video çəkərkən bilmədən özünü vurduğu məlum olub.
Polis buna bənzər hadisələrin tez-tez baş verdiyini bildirərək, uşaqların təhlükəsizliyinə valideynlərin diqqət etməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, bir neçə ay öncə həmin kəndə “Tik Tok” üçün video çəkən başqa bir adam qatarın altında qalaraq ölüb.
Gununsesi.org
COMMENTS