Tbilisinin keçmiş meri ikinci dəfə həbsə məhkum edildi

Tbilisinin keçmiş meri ikinci dəfə həbsə məhkum edildi

Gürcüstan Ali Məhkəməsi Tbilisinin keçmiş meri, müxalif “Avropa Gürcüstanı” partiyasının rəhbər şəxslərindən biri Qiqi Uqulavanı ikinci müddətə həbsə məhkum edib.

Gununsesi.org Gürcüstan KİV-nə istinadən xəbər verir ki, vəzifə səlahiyyətlərini aşaraq Tbilisi İnkişaf Fondunun 48 milyon laridən (16,8 milyon dollar) çox vəsaitini mənimsəməkdə günahkar bilinən keçmiş merə 3 il 2 ay həbs cəzası verilib.

Uqulavanın vəkili Beki Basilayanın sözlərinə görə, məhkəmə əvvəlcə onun 9 il müddətinə azadlıqdan məhrum edilməsinə qərar vermək istəsə də, daha sonra əfv qanununa uyğun olaraq bu müddət 6 il azaldılıb.

Xatırladaq ki, Uqulava 3 illik həbs cəzasından sonra 2017-ci ilin yanvarında sərbəst buraxılıb.

 

 

Gununsesi.org

COMMENTS