Banqladeşdə gəmi qəzaya uğrayıb.
Gununsesi.org Dhaka Tribune-yə istinadən xəbər verir ki, göyərtəsində100-dən çox rohinca qaçqını olan gəmi Malayziyaya gedirmiş.
Qəza nəticəsində 15 nəfər ölüb, 65 nəfər xilas edilib, 50 nəfər isə itkin düşüb.
Qeyd edək ki, rohincalar Myanmanın Rakhayn ştatında yaşayan etnik benqallardır. Onlar 2012-ci ildən yerli əhali ilə dini-etnik zəmində qarşıdurmalar nəticəsində qaçqın düşüblər.
COMMENTS